
Adrian Mutu: "Qurban Qurbanov "Qarabağ" üçün əsas simadır"
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunda İrlandiyanın “Şelburn”u üzərində qələbə qazanacağı təqdirdə FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq "Qarabağ" haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "iAM SPORT" nəşrinə danışan rumın mütəxəssis Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov barədə danışıb:
"Komandanın baş məşqçisi 2008-ci ildən ona rəhbərlik edən Qurban Qurbanovdur. O, “Qarabağ” üçün əsas simadır. Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidir. "Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub". Beləliklə, yekunda deyə bilərik ki, onlar son 10-12 ildə Azərbaycan futboluna hakimdirlər və həqiqətən də güclü komandadırlar".
Qeyd edək ki, "Şkendiya" - FKSB matçı 1:0 hesabı ilə Şimali Makedoniya klubunun qələbəsi ilə yekunlaşıb.