
AEK-in futbolçusu Azərbaycan klubuna keçir? - klubun direktoru təsdiqlədi
0
Kipr AEK(Larnaka) klubunun fransalı vingeri İmad Farac karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Kiprin “Kerkyda” portalı məlumat yayıb.Kiprli həmkarlarımız Azərbaycanın bir neçə klubunun Faracla maraqlandığını iddia edib.
Amma həmin klubların adı açıqlanmayıb. AEK fransız vingerin transferindən 1 milyon avro gəlir əldə edə bilər.
Öz növbəsində AEK-in idman direktoru Xavi Roka klublarımızdan təklif gəldiyini etiraf edib və bildirib ki, Larnaka klubuna qaneedici maliyyə təklifi gəlsə, yarımmüdafiəçi satılacaq.
Qeyd edək ki, fransız Fransanın “Lill” klubunun yetirməsidir, həmçinin Portuqaliyanın “Belenenseş” və Belçikanın “Muskron” klublarında çıxış edib.