
"Araz-Naxçıvan"dan ayrılan futbolçu "Karvan"da - RƏSMİ
0
"Premyer Liqaya yüksələn"Karvan" heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Vadim Abdullayevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Vadim Abdullayevin son klubu "Araz-Naxçıvan" olub.