
"Araz-Naxçıvan"ın böyükhesablı məğlubiyyəti - GENİŞ İCMAL
0
"Araz-Naxçıvan" UEFA Avropa Konfrans Liqasında bu gün cavab oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Omoniya"nın qonağı olub. İlk görüşdə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz cavab qarşılaşmasında da 0:5 hesablı məğlub olaraq turnirdə mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, "Omoniya" pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
21:00 "Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) 5:0 (İkinci hissə)
Qollar: Villi Semedo, 9, Stefan Yovetiç, 26, Evandro, 30, 45+4, M.Musailaovski,79
ilk oyun: 4:0