"Araz-Naxçıvan"ın legioneri Polşa millisinə qarşı oynadı

"Araz-Naxçıvan"ın legioneri Polşa millisinə qarşı oynadı

 
0

Moldova milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Sergey Kleşenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Polşanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldova millisinin formasını geyinən Kristian Avram ("Araz-Naxçıvan") bu oyunun iştirakçısı olub. 30 yaşlı qolkiper matça start heyətində başlayıb və 90 dəqiqə  meydanda qalıb.

Polşa millisində çıxış edən "Qarabağ"ın qolkiperi  Mateuş Koxalski isə qarşılaşmada meydana çıxmayıb. 24 yaşlı "əlcək sahibi"nin adı oyunun protokoluna daxil edilməyib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.