Argentina millisinin üzvü "Real"da -    RƏSMİ

Argentina millisinin üzvü "Real"da - RƏSMİ

 
0

İspaniyanın "Real" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "River Pleyt"dən Franko Mastantuononu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real" argentinalı vinger üçün onun klubuna 45 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.