"Arsenal"dan ayrılan futbolçu La Liqa klubunda -    RƏSMİ

"Arsenal"dan ayrılan futbolçu La Liqa klubunda - RƏSMİ

 
0

"Arsenal"dan ayrılan Tomas Partinin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, "Vilyarreal" azad agent statusunda olan qanalı yarımmüdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Tomas Parti 2020-ci ildən "Arsenal"da çıxış edirdi. Qana millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə  yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.