
Artetanın köməkçisi baş məşqçi təyin olundu
0
İtaliyanın "Parma" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Karlos Kuesta çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Karlos Kuesta bu vaxta qədər "Arsenal"da Mikel Artetanın köməkçisi vəzifəsində çalışırdı.