
"Atletiko" milli üzvünü 50 milyon avroya transfer etdi - RƏSMİ
0
İspaniyanın "Atletiko" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid nəhəngi "Vilyarreal"dan Aleks Baenanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" bu keçid üçün qarşı tərəfə 45+5 milyon avro təzminat ödəyəcək. 23 yaaşlı vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Aleks Baena "Vilyarreal"ın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.