
"Atletiko" onunla yollarını ayırdı - RƏSMİ
0
İspaaniyanın "Atletiko" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Sezar Aspilikueta ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı müdafiəçinin bu gün başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Sezar Aspilikueta 2023-cü ilin yayından "Atletiko"da çıxış edirdi. İspaniya millisinin sabiq üzzvüü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.