"Azər Bağırov və Tərlan Əhmədov onun kimi beşini cibində gəzdirər"    - "İmişli"nin baş məşqçisi barədə

"Azər Bağırov və Tərlan Əhmədov onun kimi beşini cibində gəzdirər" - "İmişli"nin baş məşqçisi barədə

 
0

"Düzünü desək, “İmişli”də rəhbərlikdə qərar verənlər kimlərdir, dəqiq bilmirəm. Adama sual verərlər: Məqsəd nədir? Premyer Liqada qalmaq? Əgər bunu istəyirsənsə, yerli mütəxəssislə də nail ola bilərsən. Yox, əgər hədəf çempionluqdursa, göstər görək, bunun üçün nə edəcəksən? Şərait imkan verməz. Məsələn, Patrik Andradeni İmişliyə apara bilməzsən. Əgər Portuqaliyanı Avropa çempionu edən baş məşqçi gəlib Azərbaycan millisində heç nə edə bilmirsə, üçüncü dviziondan gələn çalışdırıcı nə edəcək? Azər Bağırov, Tərlan Əhmədov kimi məşçqilər üçüncü dviziondan gələn portuqaliyanın beşini cibində gəzdirər".

Sportal.az xəbər verir ki, bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun qonağı futbol funskioneri Ceyhun Sultanov olub. “İmişli”nin məşqçi seçiminin tənqid edildiyi efirdə tanınmış agent maraqlı şərhlərlə diqqət mərkəzində olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.