Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alındı

Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alındı

 
0

Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.

Sportal.az xəbər verir ki, bu barədə Minifutbol Federasiyası məlumat yayıb.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.

Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub - 6513.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.