Azərbaycan millisi pley-offa yüksəldi

Azərbaycan millisi pley-offa yüksəldi

 
0

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-offa yüksəlib.

Sportal.az xəbər verir ki, komanda Latviyanın Cesis şəhərindəki yarışda pley-offa vəsiqə qazanıb. İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edib.

Təmsilçilərimiz pley-offda Litva komandası ilə qarşılaşacaq.

Qızlardan ibarət U-18 yığması qrup mərhələsində mübarizəni dayandırıb.

Yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna milliləri mübarizə aparır.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.