
Azərbaycan - Ukrayna oyununa nə qədər bilet satılıb?
0
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunun Azərbaycan və Ukrayna milli komandaları arasında Bakıda keçiriləcək oyununa biletlər hələ də satışdadır.
Sportal.az xəbər verir ki, indiyədək 7500 bilet satılıb.
Azərbaycan - Ukrayna oyunu bu gün 31 mindən çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.