
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - "Qarabağ"ın oyununa görə
Bakı Metropoliteni “Qarabağ” FK və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.
Sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün:
Xüsusi növbətçilik cədvəli tərtib olunacaq
Stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq
Sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək
Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.