"Barselona" qapıçı  transfer edir

"Barselona" qapıçı transfer edir

 
0

"Barselona" heyətinə yeni qapıçı cəlb edəcək.

Sportal.az xəbər verir ki, İspaniya çempionu "Espanyol"da çıxış edən Xoan Qarsiiyanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Barselona" ispan qolkiper üçün 25 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 24 yaşlı "əlcək sahibi" ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Xoan Qarsiya "Espanyol"un yetirməsidir. İspaniya millisinin üzvü başa çatan mövsümdə La Liqa təmsilçisinin heyətində 38 rəsmi matçda meydana çıxıb. O, 8 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.