"Barselona" Yamalla 6 illik müqavilə bağladı -    RƏSMİ

"Barselona" Yamalla 6 illik müqavilə bağladı - RƏSMİ

 
0

Lamine Yamal və “Barselona” altı illik yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 17 yaşlı cinah hücumçu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində sənədləri “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekonun iştirakı ilə imzalayıb.

Lamin 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi (assist) edib

Gənc futbolçu artıq komandanın əsas oyunçularından biri sayılır.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.