"Barselona"nın qapıçısı "Qalatasaray"ın təklifindən imtina etdi

"Barselona"nın qapıçısı "Qalatasaray"ın təklifindən imtina etdi

 
0

“Qalatasaray” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün təklif irəli sürüb.

Sportal.az “Diario Sport”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fernando Musleraya əvəzləyici axtarışındadır. Bu məqsədlə, Türkiyə çempionu alman qolkiperlə danışıq aparıb.

Lakin təcrübəli qapıçı "Qalatasaray”ın təklifini geri çevirib. "Barselona" yay “transfer pəncərəsi” zamanı ter Ştegeni satacağına ümid edir.

Klub artıq ona güvənməməyə başlayıb. 33 yaşlı çərçivə qoruyucusu “Barsa”da Voyçex Şesnı və Xoan Qarsiyadan sonra yalnız üçüncü qapıçı olacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.