
"Bayer" Florian Virtsə əvəzləyici tapdı
0
"Bayer" "Liverpul"a keçəcəyi gözlənilən Florian Virtsə əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, Almaniya klubu "Bornmut"da çıxış edən Castin Klyuverti transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Bayer"in baş məşqçisi Erik ten Haq niderlandlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır. "Bayer" 26 yaşlı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Bornmut" Castin Klyuverti 2023-cü ilin yayında "Roma"dan transfer edib. Niderland millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.