
"Beşiktaş" müdafiəçisini icarəyə verir
0
"Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç Super Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Qaziantep" türkiyəli futbolçunun keçidini həll edib. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qaziantep təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisini icarəyə götürəcək.
Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin yayında "Adana Demirspor"dan transfer edib. Türkiyə millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində 22 rəsmi matçda meydana çıxıb.
Gaziantep FK, Tayyip Talha Sanuç'u kiralık olarak kadrosuna kattı. Oyuncu sağlık kontrolü ve resmi imza için şehre gidiyor. (Yağız Sabuncuoğlu)