"Beşiktaş"dan İspaniya klubuna

"Beşiktaş"dan İspaniya klubuna

 
0

İspaniya La Liqasına geri qayıdan “Ovyedo” “Beşiktaş”ın futbolçusu Milot Raşiçanı heyətinə qatmağa iddialıdır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispanlar kosovolu üçün “Beşiktaş”la danışıqlara başlayıb.

“Ovyedo” 29 yaşlı vingeri ən yaxşı halda icarəyə götürməyə çalışacaq. Raşiçanın “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

“Qara qartallar” Milot üçün 7 milyon avro tələb edir.

O, karyerası ərzində”Vuştria”, “Kurda”(hər ikisi Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray” klublarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.