"Beşiktaş"ın futbolçusuna Səudiyyə Ərəbistanından təklif

"Beşiktaş"ın futbolçusuna Səudiyyə Ərəbistanından təklif

 
0

"Beşiktaş"ın yaarımmüdafiəçisi Joau Mariu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Fateh" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Ərəblər Mariu üçün "Beşiktaş"la danışıqlara başlayıb. Onlar 32 yaşlı futbolçu üçün İstanbul klubuna 2 milyon avro təklif edib. "Ağ-qaralar" təcrübəli oyunçunu satmağa hazırdır.

Qeyd edək ki, "Beşiktaş" Joau Mariunu 2024-cü ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin sabiq üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.