"Bizi bu əzabdan xilas edin, sizin rəhbərliyinizlə uğursuzluq qaçılmazdır"

"Bizi bu əzabdan xilas edin, sizin rəhbərliyinizlə uğursuzluq qaçılmazdır"

 
0

"Milan" azarkeşləri klub rəhbərliyinə qarşı etiraz aksiyası təşkil ediblər.

Sportal.az xəbər verir ki, "Calciomercato"nun məlumatına görə, mövsümün son oyunu (Monzaya qarşı) ərəfəsində klubun mərkəzi ofisi qarşısında 5 mindən çox "rossoneri" azarkeşi toplaşıb.

Etiraza gələnlər iki plakat açıblar. Birincidə yazılıb:

“Singer, Kardinale, Furlani, Skaroni, İbra, Monkada – gedin, “Milan”ı bu əzabdan qurtarın.”

İkinci plakatda isə bu sözlər yer alıb:

“İstər əsas komanda olsun, istərsə də gənclər, bizi bu əzabdan xilas edin– sizin rəhbərliyinizlə uğursuzluq qaçılmazdır.”

Azarkeşlər həmçinin klubun keçmiş texniki direktoru Paolo Maldinini dəstəkləyən şüarlar səsləndirib və "Milan"ın satılmasına çağırış ediblər.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.