Braziliyalı futbolçu "Qarabağ"ın təklifini geri çevirdi

Braziliyalı futbolçu "Qarabağ"ın təklifini geri çevirdi

 
0

Braziliyanın "Qremio" klubunda çıxın edən futbolçu Qabriel Silvanın karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, "Qarabağ" yarımmüdafiəçini heyətinə cəlb etmək istəyib.

Hətta ölkə çempionu qarşı tərəfə təklif də göndərib. Klublar arasında ilkin razılıq olsa da, 23 yaşlı oyunçu "Qarabağ"ın təklifindən imtina edib.

Qeyd edək ki, Qabriel Silva "Qremio"nun yetirməsidir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.