Braziliyalı yeni transfer Azərbaycanda    - SON DƏQİQƏ

Braziliyalı yeni transfer Azərbaycanda - SON DƏQİQƏ

 
0

Yeni mövsümə hazırlaşan "Kəpəz" heyətini daha bir əcnəbi ilə gücləndirib.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, söhbət Jefferson Makiel Bentodan gedir. 22 yaşlı futbolçu mərkəz müdafiəçisidir.

Braziliyalı son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib. Cənubi amerikalının vətənində "Botafoqo"da da forma geyindiyini bildirək.

Jefferson artıq Gəncədədir. Ən qısa müddətdə onun keçidi ictimaiyyətə açıqlanacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.