Bu gün Azərbaycan İkinci Liqası uğrunda pley-off görüşü keçiriləcək

Bu gün Azərbaycan İkinci Liqası uğrunda pley-off görüşü keçiriləcək

 
0

Bu gün Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşması baş tutacaq.

Sportal.az xəbər verir ki, "ASCO Arena"da İkinci Liqada 13-cü pilləni tutan klubla AFFA Region Liqasının finalçısı üz-üzə gələcək.

"Lerik" "Şirvan"la qarşılaşacaq. Bu matçda qalib gələcək komanda növbəti mövsüm İkinci Liqada mübarizə aparacaq. Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək.

Matçı FİFA referiləri idarə edəcəklər.

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu

16:00 "Lerik" - "Şirvan"

Baş hakim: Əliyar Ağayev

Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Əli Əliyev

Hakim-inspektor Babək Quliyev

AFFA nümayəndəsi Emin Cəfərov

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.