"Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var" -    "Ferentsvaroş"un qapıçısı

"Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var" - "Ferentsvaroş"un qapıçısı

 
0

"Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin qapıçısı Dibuş Denes ilk matçdan öncə yer mətbuata açıqlama verib. "Metropol" nəşrinə danışan 34 yaşlı qolkiper iki eyni gücdə olan komandanın üz-üzə gələcəyini deyib:

"Biz ilk matçda meydana mərhələnin taleyini həll etmək niyyəti ilə çıxmayacağıq. Oyunun mahiyyəti belə deyil. Böyük hesab gözləmirəm. Rəqibi tanımaq  və cavab matçına üstünlüklə getməyimiz vacibdir. Düşünürəm ki, təxminən eyni gücə malik komandalar qarşılaşacaq. Məncə, xırda detallar çox şeyi həll edə bilər. Meydanda əlimizdən gələni etməliyik. Hər şey istədiyimiz kimi getsə, Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyun avqusun 19-da Macarıstanda keçiriləcək. Cavab matçı isə 27 avqust tarixində Bakıda baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.