Danimarka millisinin sabiq baş məşqçisi "Bayer"i çalışdırmağa çox yaxındır

Danimarka millisinin sabiq baş məşqçisi "Bayer"i çalışdırmağa çox yaxındır

 
0

Kasper Yulmand "Bayer"i çalışdıra bilər.

Sportal.az xəbər verir ki, jurnalist Florian Plettenberqın məlumatına görə, 53 yaşlı danimarkalı mütəxəssis hazırda Leverkuzen klubunda baş məşqçi vəzifəsi üçün favoritdir.

Tərəflər danışıqlarda irəliləyiş əldə ediblər və təyinatın gələn həftə gözlənildiyi bildirilir. Yulmand, gözlənilməz bir hadisə baş verməsə, "Bayer"in baş məşqçisi olacaq.

Qeyd edək ki, Yulmand ən çox Danimarka millisi (2020-2024) ilə tanınır; bu komandayla Avro-2020-nin yarımfinalına yüksəlib. O, həmçinin iki dəfə “Nordsyelland”ı çalışdırıb və “Maynts”da da məşqçilik edib.

Əvvəlki dövrdə ten Xaqanın yerinə namizəd kimi Xavi, Raul, Ange Postecoglou və Thiago Motta da qeyd olunurdu.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.