
Dünya çempionatına vəsiqə qazandılar - ölkədə bayram elan olundu
0
Paraqvay millisi Ekvadorla 0:0 hesablı heç-heçə edərək DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, bu nəticə komandaya 2010-cu ildən sonra ilk dəfə olaraq mundiala qayıtmağa imkan verib.
Tarixi nailiyyətin şərəfinə ölkə prezidenti Santyaqo Penya ölkədə bir günlük bayram elan edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.