Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha 3 komanda bəlli oldu

Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha 3 komanda bəlli oldu

 
0

DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha üç milli komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 17-ci turunun oyunlarından sonra üç ölkənin dünya çempionatında iştirak edəcəyi dəqiqləşib. Bunlar Kolumbiya, Paraqvay və Ekvadordur.

Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, həmçinin mundialı qəbul edən Kanada, ABŞ və Meksikanın final mərhələsində oynayacağı dəqiqləşib.

Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi dünya çeempionatı gələn il baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.