"Əl-Hilal" Bruno Fernandeşə 230 milyon avro təklif etdi

"Əl-Hilal" Bruno Fernandeşə 230 milyon avro təklif etdi

 
0

"Əl-Hilal" Portuqaliya milli komandasının və “Mançester Yunayted”in futbolçusu Bruno Fernandeşi transfer etməkdə israrlıdır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, ərəblər növbəti dəfə rəsmi təklif irəli sürüb.

"Əl-Hilal" rəsmiləri Fernandeşə 3 ilə görə 230 milyon avro maaş təklif edib. Səudiyyə Ərəbistanı təmsilçisi tezliklə Brunoya son təklifini edəcəyi və üç gün ərzində cavab tələb edəcəyi bildirilir.

Portuqaliyalının “Əl-Hilal”a keçib-keçməyəcəyi yaxın 3 gündə dəqiqləşəcək. 30 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.