"Əl-Hilal" "Milan"ın legionerini istəyir

"Əl-Hilal" "Milan"ın legionerini istəyir

 
0

"Əl-Hilal" "Milan"ın müdafiəçisi Teo Hernandesi transfer etmək istəyir.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, klublar futbolçunun transferi ilə bağlı iyunun əvvəlində artıq əlaqə saxlayıblar və hazırda da danışıqlar davam edir.

"Əl-Hilal" "Atletiko"ya (Madrid) keçmək niyyətindən imtina edən fransız üçün "Milan"a 20 milyon avro və bonus olaraq 5 milyon avro təklif edib.

Amma "rossonyerlər" birdən-birə 25 milyon avro gəlir əldə etmək niyyətindədir.

Ötən mövsüm 27 yaşlı futbolçu İtaliya çempionatında 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.