"Əl-Nəsr"dən ayrıldı, İtaliyaya qayıtdı

"Əl-Nəsr"dən ayrıldı, İtaliyaya qayıtdı

 
0

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Stefano Pioli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Stefano Piolinin son iş yeri "Əl-Nəsr" olub. İtaliyalı məşqçi 25 iyun tarixində Səudiyyə Ərəbistanı klubundan ayrılıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.