
Elgiz Abbasov: "Üç dövrəli çempionatın oynanılması qərarlaşdırılıb"
“Sevindirici haldır ki, ildən-ilə Premyer Liqada iştirak edən komandaların sayı artmaqdadır. Bir neçə il əvvə 8 komandalı çempionatın püşkatmasını atırdıq, artıq bu gün 12 komandalı çempionatın püşkatması üçün bir araya gəlmişik.
Sportal.az xəbər verir ki, bu sözləri PFL-in texniki idman direktoru Elgiz Abbasov deyib.
"Hər birinizi təbrik edirəm. Dövrə, sxem komanda sayına görə tərtib edilir. Ötən mövsüm liqa 36 tur, 4 dövrə idi. Belə olanda hər bir komanda mövsüm ərzində bir komanda ilə 4 dəfə üz-üzə gəlirdi. Bu mövsüm 12 komandalı 3 dövrədir. Bundan əvvəl 12 komandalı çempionat keçirmişik. Həmin vaxtı “altılıq” sistemi var idi. Bu mövsüm isə 3 dövrəli çempionatın oynanılması qərarlaşdırıldı. Üçüncü dövrə püşkatma ilə olacaq, ev və səfər. Analizlər etdik. PFL-in peşəkar əməkdaşları 2 aya yaxındır çalışır ki, ictimaiyyətə və klublara bunu təqdim edək. Bu gün 2 dəfə püşk atacağıq. İlk dəfə 1-ci və 2-ci dövrənin püşkünü atacağıq. Üçüncü dövrə isə ayrıca püşklə təyin olunacaq. Bir komanda ardıcıl 2 oyundan çox ev və 2 oyundan çox səfər qarşılaşmasına çıxa bilməz. Komandaların şansı eynidir, bir komanda mövsüm ərzində 16-17 ev və eyni nisbətdə səfər oynayacaq. Sadəcə üçüncü dövrədə ev və səfər görüşü fərqli olacaq. İcraiyyə Komitəsinin qərarına əsasən ortaya çıxan məsələdir".