
Emin Mahmudov: "Qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var"
0
Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Latviya ilə yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 33 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".