Ərəblər “Qalatasaray”a növbəti təklif irəli sürüb

Ərəblər “Qalatasaray”a növbəti təklif irəli sürüb

 
0

Səudiyyə Ərəbistanının NEOM klubu Barış Alper Yılmazı transfer etməkdə israrlıdır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə “Qalatasaray” ərəblərin ilk təklifini geri çevirsə də, onlar Barışdan əl çəkmək niyyətində deyil.

Artıq dünən NEOM rəhbərliyi 15 milyon avroluq təklifi 20 milyona qədər yüksəldib. “Cim-bom” isə türk futbolçunu 45-50 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, 25 yaşlı vingerin “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.