"Faiq Hacıyev boşda qalmışdı, onu "Turan Tovuz"a gətirdim" -    Rövşən Babayev

"Faiq Hacıyev boşda qalmışdı, onu "Turan Tovuz"a gətirdim" - Rövşən Babayev

 
0

Uşaq futbolundakı probləmlərə rəğmən bizdə həmişə istedadlı gənclər yetişib. Bu məsələdə bacarıqlı uşaqların tapılıb üzə çıxarılması da mühüm rol oynayır. Bu sahədə böyük təcrübəsi olan və gənclərlə işləmək bacarığına görə ölkəmizin ən yaxşı mütəxəssislərindən biri sayılan Rövşən Babayevdən uşaq və yeniyetmə futbolundakı istedadlarla bağlı durumla maraqlandıq.

"Sabah"da skaut kimi çalışan mütəxəssis bu kluba Ceyhun Nuriyev, Abdulla Rzayev, Abdulla Xaybullayev və xeyli sayda başqa istedadları gətirib. Sportal.az saytına açıqlama verən Rövşən Babayev həm skaut işiylə, həm də uşaq futbolundakı istedadlarla bağlı danışıb:

"Məşqçilik işinin önəmli tərəflərindən biri də komandaya yaxşı futbolçuların cəlb olunmasıdır. Bu baxımdan həm "Sabah"ın əvəzedici heyətini, həm də I Divizionda "Turan Tovuz"u çalışdırarkən seleksiya işlərinə xüsusi önəm vermişik. Məsələn, bu gün Premyer Liqada ən yaxşı cinah müdafiəçilərindən sayılan Faiq Hacıyev boşda qalmışdı, onu "Turan Tovuz"a gətirdim. Faiqi hələ Zaqataladan, "Simurq"da işlədiyim vaxtlardan tanıyırdım. Öyrəndim ki, "Sumqayıt"ın akademiyasından çıxıb, nə onların U-19, nə də əvəzedicisinə düşüb. Potensialını bildiyim üçün Faiqi Tovuza, yanıma gətirdim.

Azərbaycanda xeyli istedadlı uşaq var. Məsələn, dünən Su İdman Sarayında 2015-ci il təvəllüdlü uşaqların turnirinə baxırdım. Çox maraqlı uşaqlar gördüm. Gözəl mənzərə var idi. Müxtəlif səbəblərdən həmin istedadlar sonradan itib-batırlar. Bu barədə dəfələrlə danışılıb, ciddi problemdir. Amma əmin olun ki, bizdə uşaqlar yetişir, çoxlu bacarıqlı oyunçular var. İnkişaf Strategiyası işə düşəndən sonra daha çox uşaq peşəkar futbolçuya çevrilə biləcək"

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.