
"Fənərbaxça" ingiltərəli futbolçunu açıqladı - RƏSMİ
0
"Fənərbağça" Belçika “Gent”indən Arçi Braunu transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb. Məlumata görə, 23 yaşlı ingilis müdafiəçi ilə “3+1” illik müqavilə bağlanılıb.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, müdafiəçinin keçidi “Fənər”ə 8,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, “sarı-lacivərlilər” daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.