
"Fənərbaxça" məşhur hücumçu ilə danışıqlara başladı
0
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Əl-Nəsr"də çıxış edən Con Durandır. Bu barədə "Haber Global" məlumat yayıb.
"Fənərbaxça" kolumbiyalı futbolçu ilə danışıqlara başlayıb. Türkiyə klubu 21 yaşlı hücumçuya maaş və icarə haqqı birlikdə 16 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Əl-Nəsr" Con Duranı bu ilin yanvar ayında "Aston Villa"dan transfer edib. Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 18 oyunda 12 qol vurub.