
"Fənərbaxça" "Tottenhem"ə təklif göndərdi
0
"Tottenhem"in yarımmüdafiəçisi İv Bissuma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" malili yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul klubu Bissuma üçün "Tottenhem"ə rəsmi təkliflə müraciət edib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. Avropa Liqasının qalibi olmuş 28 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmmi matçda 2 qol vurub.