"Ferentsvaroş" "Qarabağ"la matçdan əvvəl məğlub oldu

"Ferentsvaroş" "Qarabağ"la matçdan əvvəl məğlub oldu

 
0

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" Macarıstan çempionatında IV tur çərçivəsində "Puşkaş Akademiyası" ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, doğma meydanda "Puşkaş Akademiyası"nı qəbul edən Budapeşt təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Bu məğlubiyyətdən sonra "Ferentsvaroş" 7 xalla 3-cü yerdə gedir.

Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 19-da Budapeştdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.