"Ferentsvaroş"un heyətində itki -    "Qarabağ"la oyunları buraxacaq

"Ferentsvaroş"un heyətində itki - "Qarabağ"la oyunları buraxacaq

 
0

Macarıstanın "Ferentsvaroş" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Habib Mayqa zədəli olduğu üçün Budapeşt təmsilçisinin heyətindən çıxarılıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi Bolqarıstan "Lüdoqorets"inə 3:0 hesabı ilə qalib gəldikləri III təsnifat mərhələsinin cavab görüşündə zədələnib.

Onu avstraliyalı yeni transfer Daniel Arzani əvəzləyib.

"Ferentsvaroş"un qışda "Qarabağ"dan transfer etdiyi Julio Romao da sifariş ərizəsinə daxil edilməyib. O, uzun müddətdir zədəlidir.

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında avqustun 19-da "Qrupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 20:45-də çalınacaq. (Teleqraf.az)

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.