
"Fiorentina"nın yeni baş məşqçisi bəlli oldu
0
Stefano Pioli “Fiorentina”nın baş məşqçisi olacaq.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, italyan mütəxəssis iyul ayında “bənövşələr”lə üçillik müqavilə imzalayacaq.
Rəsmi addımların yaxın həftələrdə atılması gözlənilir.
Qeyd edək ki, daha əvvəl Piolinin 2024-cü ilin sentyabrından çalışdırdığı “Əl-Nəsr” klubunu tərk edəcəyi bildirilmişdi. Ondan öncə isə o, 5 il ərzində “Milan”a rəhbərlik edib və “rossoneri” ilə İtaliya çempionluğunu qazanıb.