
Fransa klubunda yeni baş məşqçi - RƏSMİ
0
"Nant" Luis Kastronu baş məşqçi təyin edib.
Sportal.az xəbər verir ki, 45 yaşlı portuqaliyalı mütəxəssis klubla 2 illik müqavilə imzalayıb, əlavə olaraq bir mövsüm uzadılma imkanı da var.
Kastro daha əvvəl, 2023-cü ilin sentyabrında Fransanın II Liqa təmsilçisi "Dünkirk"ə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsümü 4-cü pillədə başa vurub və Fransa Kubokunun yarımfinalına yüksəlib. Yarımfinalda "PSJ"yə 2:4 hesabı ilə uduzub.