Fransa millisinin sabiq hücumçusu ABŞ-dan ayrılacaq, yeni komandası bəllidi

Fransa millisinin sabiq hücumçusu ABŞ-dan ayrılacaq, yeni komandası bəllidi

 
0

Fransa millisinin sabiq üzvü Olivye Jiru “Lill”ə keçməyə yaxındır.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi artıq fransız forvardla razılıq əldə edib.

Onun “Los-Anceles”lə müqaviləsini ləğv edəcəyi və əvəzində “Lill”lə bir illik müqavilə imzalayacağı gözlənilir.

38 yaşlı futbolçu MLS təmsilçisinin heyətində 37 matçda cəmi 5 qol vurub.

Jiru karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” klublarının formasını geyinib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.