
Fransa millisinin üzvü "İnter"ə keçə bilər
0
"Roma"nın futbolçusu Manu Kone İtaliya A Seriyasında klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "İnter" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Kone Milan klubuna keçməyə isti yanaşır. 24 yaşlı oyunçunun keçidinin təxminən 50 milyon avroya rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, "Roma" manu Koneni ötən ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Fransa millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 3 məhssuldar ötürmə ilə yadda qalıb.