
Fransa millisinin üzvü Premyer Liqa klubuna keçir
0
"Renn"in kapitanı Adrien Truffer karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Bornmut" fransalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu Truffer üçün "Renn"ə 13,5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı sol cinah müdafiəçisi"Bornmut"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Adrien Truffer "Renn"in yetirməsidir. Fransa U-23 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.