"Hesaba baxmayaraq, buna nail olmaq üçün çox zəhmət çəkdik"    - İslandiyanın baş məşqçisi

"Hesaba baxmayaraq, buna nail olmaq üçün çox zəhmət çəkdik" - İslandiyanın baş məşqçisi

 
0

İslandiya milli komandasının baş məşqçisi Arnar Qunnlauqsson 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin D qrupu çərçivəsində Reykyavikdə Azərbaycan komandası üzərində 5:0 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilənm mətbuat konfransında mütəxəssis bunları qeyd edib:

"Bizim oyun üslubumuz yaxşı nəticə verdi. Bəlkə hər kəs bununla razılaşmaz, amma mən komandamın oyunundan çox məmnunam. Əsas məqsəd seçmə mərhələyə uğurlu start vermək idi. Ən vacibi odur ki, işi sona çatdırıb qələbə qazandıq. Hesaba baxmayaraq, buna nail olmaq üçün çox zəhmət çəkdik".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.