
"İmişli" "Cəbrayıl"a qalib gəldi
0
Misli Premyer Liqasının III turundan sonra yaranan fasilə dövründə “İmişli” və “Cəbrayıl” arasında yoldaşlıq oyunu keçirilib.
Sportal.az xəbər verir ki, görüş bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
Qarşılaşmada Premyer Liqa təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
"İmişli"nin qollarına Edvin Bangera, Abbas Ağazadə, Rafael Vieqaş imza atıb.