İngiltərədə Superkubokun sahibi bəlli oldu -    tarixində ilk dəfə

İngiltərədə Superkubokun sahibi bəlli oldu - tarixində ilk dəfə

 
0

"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunun qalibi olub.

Sportal.az xəbər verir ki, Oliver Qlasnerin komandası "Uembli" stadionunda baş tutan matçda penaltilər seriyasında "Liverpul"u məğlub edib (3:2, əsas vaxt – 2:2).

İngiltərə Superkuboku "Kristal Pelas"ın ali səviyyədə qazandığı ikinci kubokdur. 2024/25 mövsümündə klub İngiltərə Kubokunu da qazanmışdı.

Bundan əvvəl klub yalnız İngiltərənin aşağı divizionlarında qalib olub. Həmçinin, "Pelas" 1990/91 mövsümündə Tam Hüquqlu Üzvlər Kubokunu qazanıb.

İngiltərə Superkuboku

Final

10 avqust

18:00. "Kristal Pelas" - "Liverpul" 2:2, pen. 3:2

Qollar: J.Mateta,17(pen), I.Sarr,77, - H.Ekitike,4, J.Frimponq,21

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.